Venesuelada 46 məhbus öldürülüb

Venesuelada 46 məhbus öldürülüb
  • Dünya / Hadisə

  • Venesuelanın şimal-qərbində Portuqes ştatında yerləşən Los-Lyanos həbsxanasından qaçmaq istəyən 46 məhbus öldürülüb.

    Asiya.az
    -ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə həbsxana əməkdaşlarında biri açılamasında bildirib.

    Onun sözlərinə görə, məhbusların iğtişaş qaldırdığı zaman islah müəssisəsinin rəhbəri Karlos Roxo kürək nahiyəsindən ağır bıçaq yarası alıb. İğtişaşın yatırılmasına cəlb edilən Milli Qvardiyanın zabitinin isə məhbuslar tərəfindən atılan partlayıcının qəlpələrindən xəsarət aldığı vurğulanıb.

    "Observatorio venezolano de prisiones" insan haqları təşkilatı həbsxanada rejimin və şəraitin həddindən artıq ağır olduğunu səbəb kimi göstərərək, kütləvi qaçış faktını təsdiqləyib. Qeyd edilib ki, sözügedən Penitensiar Mərkəz 750 nəfər üçün nəzərdə tutulduğu halda, orada təxminən 2,5 min məhbus saxlanılır.(apa)
    PAYLAŞ:

    Oxşar xəbərlər