İyunun 1-dən sonra dərslər başlayacaq? (EKSPERT)

İyunun 1-dən sonra dərslər başlayacaq? (EKSPERT)
  • Sosial

  • "İyunun 1-dən sonra məktəblər mərhələli şəkildə açılacaq”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

    Onun sözlərinə görə, iyunun 1-dən sonra məktəblər açılsa da, dərslər olmayacaq:

    "İyunun 14-ə qədər davam edəcək müddətdə məktəbdaxili qiymətləndirmə, illik qiymətin yazılması, 1-ci sinfə qəbul kimi qeydiyyat və prosedur qaydaları həyata keçiriləcək. Aktiv dərs prosesləri nəzərdə tutulmur”.

    Kamran Əsədov qeyd edib ki, təhsil müəssisələrinin açılması yalnız texniki işlərin görülməsi üçündür.
    PAYLAŞ:

    Oxşar xəbərlər