Vahid Ələkbərov Bakıdakı villasını satır - FOTO

Vahid Ələkbərov Bakıdakı villasını satır - FOTO
  • İqtisadiyyat / Manşet

  • Azərbaycan əsilli rusiyalı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Bakdakı villasını satışa çıxarıb. Bu haqda iqtisadçı Qulu İbrahimli özünün “Facebook” səhifəsində yazıb.
    Q.İbrahimli yazıb ki, V.Ələkbərov özünün Bakıdakı iqamətgahını 15 milyon manata satışa çıxarıb. İqtisadçı həmin mülkün şəkillərini də paylaşıb: “Neftin qiymətinin düşməsi Vahid Ələkbərovu villasını satmağa vadar etdi. Rusiyanın "LUKOYL" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı iqamətgahını 15 milyon manata satışa çıxardı. Görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərcləri yükündən də azad olmağa vadar edib.

    Vahid Ələkbərov Bakıdakı villasını satır - FOTO
    Asiya.az xəbər verir ki, Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış mevə və dekorativ ağacları olan gözəl bağı var.”(Virtualaz.org)
    PAYLAŞ:

    Oxşar xəbərlər