Asif Ağayev də Mahir Quliyevin dəst-xəttindədir... - İTTİHAM

Asif Ağayev də Mahir Quliyevin dəst-xəttindədir... - İTTİHAM
  • Araşdırma / Cəmiyyət / Manşet

  • "Lələtəpə Əməliyyatı”nın iştirakıçısı, Prezidentin “İgidliyə görə” medalla təltif etdiyi, ehtiyyatda olan kəşfiyyatçı, Lələtəpəyə ilk Azərbaycan bayrağını sancan 18 nəfərdən biri, iki qat dünya, bir qat avropa çempionu Elməddin Rüstəmov Beyləqan rayon icra hakimiyyəti tərəfindən həm ələ salınıb, həm də ziyana.

    Öncəliklə onu deyim ki, nə mənədirsə, Beyləqan rayonunun icra başçıları sarıdan bəxti üzünə gülmür. Bu rayona təyin olunub gələn icra başçıları ədazil gəlirlər. Sanki rayonu çapıb, talamağa, insanlara zülüm etməyə, onları söyüb, təhqir etməyi gəlirlər. Prezident hər dəfə icra başçıları təyin edərkən onlara ilk sözü işlədikləri rayon sakinlərinə qayğıyla yanaşmağı, onlara xidmət göstərməyi, onları incitməmələrini, korrupsiya və rüşvətə qurşanmamalarını, nümunəvi olmağı tapşırsada, kimə deyirsən. Ancaq görünən odur ki, icra başçıları Prezidenti aldadırlar, tələb və tapşırıqlarını ciddiyə almırlar. Verilən tapşırıqları yerinə yetirmirlər, vətəndaşlara qarşı amansız, qəddar olurlar. Ən dəhişətlisi isə odur ki, bir çox icra başçıları rəhbərlik etdikləri rayonda korrupsiya şəbəkəsi formalaşdırıblar. Bir çox cinayətlərə qol qoymaqla, dövlət əmlakını talamaqla məşğul olurlar. Bunları kim, hardan tapıb çıxardır, təqdim edir Prezidentə axı! Kimdir bunların sahibləri?

    Asiya.az xəbər verir ki, bu cür icra başçılarından biri də Beyləqan rayon icra hakimiyyəti başçısı Asif Ağayevdir. Ki, Prezidentin tapşırıqlarına məhəl qoymayıb, başçılıq etdiyi Beyləqan rayonunu korrupsiya yuvası çevirib. Qəbula gələn vətəndaşlara, Şəhid ailələrinə, Qarabağ qazilərinə və əlillər, bir sözlə desək, hər kəsi ölkə başçısından narazı salır.

    Bu günlərdə saytımıza Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Aprel döyüşlərinin Qəhrəmanı – “Lələtəpə Əməliyyatı”nın iştirakıçısı, Prezident tərəfindən “İgidliyə görə” medalla təltif edilmiş, ehtiyyatda olan kəşfiyyatçı, Lələtəpəyə ilk Azərbaycan bayrağını sancan 18 nəfərdən biri, iki qat dünya, bir qat avropa çempionu Elməddin Rüstəmov tərəfindən video müraciət daxil olub.

    Qazımız Elməddin Rüstəmov deyir ki, ailəsi 9 nəfərdən ibarətdir. Ailəsində ankoloji xəstə də var. Beyləqan rayon icra başçısı Asif Ağayevinin qəbuluna olub. O, başçısı Asif Ağayevdən əkin sahəsi üçün torpaq sahəsi istəməyib. İcra başçısıda ona 18 ha torpaq sahəsi verib. Qazimiz ona verilən torpaq sahəsində işə başlamazdan əvvəl yenidən icra başçısı Asif Ağayevin qapısını döyərək, qəbulunda olub. Məqsədi də o olub ki, ona verilən torpaq sahəsinin həqiqətəndə ona məxsus olmasına əmin olsun.

    İcra başçısı da Elməddini tam arxayın salıb ki, narahat olmasın, gedib işlərini görsün, dolansın. Hətta ona köməklik edəcəyinidə deyib. Elməddin Rüstəmov deyir ki, torpağı şümlatmaq və əkinə yararlı vəziyyətə gətirmək üçün dövlətin ona verdiyi təqaüdlə həmin sahəni şümladıb. Əkin başa çatdıqdan bir gün sonra Elməddin Rüstəmovu Beyləqan rayon 1 ci Şahsevən kənd Bələdiyyəsinin sədri yanına çağıraraq icra başçısının göstərişi ilə torpaq sahəsini alıblar.
    Reportyor.tv

    PAYLAŞ:

    Oxşar xəbərlər