İradə Gülməmmədova Abşeronu şəxsi təsərrüfatına çevirib – İlginc faktlar

İradə Gülməmmədova Abşeronu şəxsi təsərrüfatına çevirib – İlginc faktlar
  • Araşdırma / Cəmiyyət / Manşet

  • Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi xüsusi əməliyyatlar ictimai diqqəti icra başçılarının fəaliyyətinə yönəldib.

    Asiya.az
    xəbər verir ki, DTX-nın keçirdiyi əməliyyatlar nəticəsində Ağstafa, Neftçala və Biləsuvarın icra başçıları həbs edilib. Hər üç həbs cəmiyyətdə rezonansa səbəb olub. İlk dəfə olaraq yüksək vəzifəli şəxslərin qanunsuz əməllərini və həbsini əks etdirən əməliyyat görüntülərinin yayımlanması cəmiyyətədə məmur özbaşınalığına, rüşvət və korrupsiyaya qarşı mübarizənin hakimiyyət üçün prinsipə çevrildiyinə inamı gücləndirib.

    Prezident İlham Əliyevin bu həbslər barədə danışarkən tutulan icra başçıları haqqında kəskin ifadələr işlətməsi, oxşar halların digər rayonlarda da baş verdiyini söyləməsi və prosesin davam edəcəyini vurğulaması da iqtidarın bu məsələdə israr etdiyini göstərir. Bu baxımdan, sosial şəbəkələrdə aparılan müzakirələrdə ictimai fəallar dogər rayonlarda da oxşar əməliyyatların keçirilməsinə çağırışlar edirlər. Əlbəttə ki, bu əməliyyatlar hansısa çayxana söhbətləri, yaxud şəxsi intriqadan doğan iddialar əsasında keçirilmir.

    Əməliyyat videolarından da görünür ki, faktlar ciddi şəkildə yoxlanılır, icra başçıları cinayət başında yaxalanır. Bu bir tərəfdən xüsusi xidmət əməkdaşlarının peşəkarlığını göstərirsə, digər tərəfdən həbslərin sistemli, ciddi faktlara söykənərək həyata keçirildiyindən xəbər verir. Bununla belə, sosial şəbəkə fəalları DTX əməkdaşlarının istənilən icra hakimiyyətində eyni vəziyyətlə üzləşə biləcəyini düşünür və müxtəlif rayonların rəhbərlərini hədəf göstərirlər. Onlardan biri də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovadır. İradə Gülməmmədova 2015-ci ildən Abşerona rəhbərlik edir. Rəhbərlik etdiyi dövürdən Abşeronda “kraliça” adı ilə gündəmi zəbt edən icra başçısı öz biznes şəbəkəsini geçişləndirməklə yanaşı, vitse-prezident Mehriban xanım Əliyeva ilə özünü müqayisə etməkdən belə çəkinmədi.

    Bundan əvvəl həmin rayonda icra başçısının müavini postunu tutub. İdarəetmə təcrübəsi olsa da, barəsində KİV-də yazılanlardan belə qənaətə gəlmək mümkündür ki, vəzifəsinin öhdəsindən gələ bilmir. İradə Gülməmmədovanın Abşerona icra başçısı təyin edilməsindən sonra rayonda sosial narazılığı yaranması barədə iddialar var. Xanım icra başçısının adı daha çox torpaq satmaq, sahibkarlıq fəaliyyətinə əngəl olmaq, vətəndaşların problemlərinə laqeyd yanaşamaqda hallanır. Həmçinin bildirilir ki, İradə Gülməmmədova Xırdalan şəhərinin problemlərini bir kənara qoyaraq şəxsi biznesini çiçəkləndirməklə məşğuldur.

    Elə bu il sosial şəbəkə istifadəçisi Bəhmən Faziloğlu Xırdalanın problemlərini ictimailəşdirmişdi. “Rəsul Rza, Səttar Bəhlulzadə küçələri faciəvi vəziyyətdədir. Heç olmasa, çuxurları doldursunlar. Səkilər yoxdur, piyadalar yolun ortası ilə getməyə məcburdurlar. Ən çox əziyyət çəkənlər isə 7 nömrəli məktəbin şagirdləridir. Həsən Əliyev küçəsinə asfalt bir neçə ay əvvəl çəkilsə də, yol yenidən çökür. Bir də gördünüz ora ya avtomobil, ya da adam düşüb. Kanalizasiya suları yola axıdılır. Bir saat yağış yağsa, 10 gün keçilməz gölməçələr olur.

    “Yaşıl ada” restoranının yanından Xırdalanın içərisinə dönən küçənin asfaltı bəlkə də iki ildir dağıdılıb. Spirt zavoduna kanalizasiya xətti çəkildikdən sonra eləcə dağılmış vəziyyətdə qalır. Nəinki asfalt, heç adi kubik qırıntıları da tökülməyib”, – deyə o bildirmişdi. İcra başçısının biznesinə gəlincə, bununla bağlı da mediada araşdırma materialları dərc edilib. Həmin materiallarda vurğulanır ki, Abşeronda fəaliyyət göstərən “Zümrüd” uşaq bağçası (Bağçanın direktoru icra başçısının qızıdır), “İmpuls-M.V.” (apteklər şəbəkəsi), “Nabat” , “Herbimed”, “Afgen”, “Harunfarm”, “Fidanfarm” şirkətləri icra başçısına məxsusdur. Şirkətlərin çoxu İradə Gülməmmədovanın həyat yoldaşı Yolçu Gülməmmədovun adına rəsmiləşdirilib. İcra başçısının biznesində daha çox aptek və klinakanın yer alması oxuculara qəribə gəlməsin. Həm İradı Gülməmmədova, həm də həyat yoldaşı ixtisasca həkimdir. “İRS Mobil” və “Nigar-Q.S” MMC isə icra başçısının qardaşı Rövşən Quliyevə məxsusdur.

    Rövşən Quliyevin adı mətbuatda bir neçə dəfə hallanıb. Medianı onu icra başçısının pulyığanı kimi təqdim edir. İddia olunur ki, rayon ərazisində tikinti aparmaq üçün Rövşən Quliyevlə anlaşmaq lazımdır. Ötən il Xırdalanda marşrut dayanacağının sökülərək yerində bina tikiliməsi barədə məlumat yayılmışdı. Bu məsələdə də İradə Gülməmmədovanın qardaşının adı hallandırılırdı. Bu məsələ media və sosial şəbəkələrdə işıqlandırılıqdan sonra dayanacaq bərpa edildi. Lakin İradə Gülməmmədovanın qanunsuz əməlləri isə dayanmadı…(Dosye.org)
    PAYLAŞ:

    Oxşar xəbərlər