Taksi sürücülərinin nəzərinə! Bu qaydanı pozanlar CƏRİMƏLƏNƏCƏK

Taksi sürücülərinin nəzərinə! Bu qaydanı pozanlar CƏRİMƏLƏNƏCƏK
  • Cəmiyyət / Asiya TV

  • Koronavirus infeksiyasının qarşısını almaq üçün sabahdan marşrut avtobuslarının və taksilərin fəaliyyətinə dair qaydaların tətbiqinə başlanılacaq.

    Asiya.az
    xəbər verir ki, qaydaları pozanlar 100 manat cərimə ediləcək. Bu gün kiçik araşdırma zamanı isə məlum oldu ki, sürücülər arasında yeni qaydalara hazırlıq görənlərlə yanaşı, bundan məlumatsız olanlar da var.


    Əksər sürücülərin Pandemiya dövründə marşurt avtobuslarının və taksilərin fəaliyyətinə dair sabahdan tətbiq ediləcək qaydalardan məlumatı yoxdur.Yeni qaydalarda qeyd edilib ki,Sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır.

    Bakıda marşurt avtobuslarında çəkiliş apardığımız zaman məlum oldu ki,əksər avtobuslarda bu arakəsmələrin quraşdırılmasına ehtiyyac var.Ancaq bəzi sürücülərin onlara sahibkarlar tərəfindən bu barədə məlumat verilmədiyinin bildirsələrdə,yeni qaydadan məlumatlı olanlarda var.

    Bu gecədən tətbiq ediləcək digər bir qayda isə taksi fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlıdır.Qaydalara görə, Şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Bundan əlavə, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır.

    Qaydalara görə,bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır. Sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılmasına əməl etməlidirlər.Bundan başqa sürücülər arasında təmaslar minimuma endirilməlidirlər.Ümumilikdə isə bu qaydalara əməl etməyənələr 100 manat miqdarında cərimə oluna bilərlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər