Bir gündə iki qardaşın evindən oğurluq edənlər tutulub

Bir gündə iki qardaşın evindən oğurluq edənlər tutulub
  • Hadisə

  • Astarada iki qardaşın evindən eyni gündə oğurluq edən həmkəndlilər saxlanılıb.

    Asiya.az
    xəbər verir ki, DİN-in mətbuat xidmətinin verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbə sakini E.Məstiyev Rayon Polis Şöbəsinə müraciət edərək axşam saatlarında evindən 300 manat pul və qızıl zinət əşyalarının oğurlandığını bildirib.

    Astara RPŞ-nin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onların Ərçivan qəsəbə sakinləri Hüseyn Hüseynov və İmaməli Məmmədov olduqları müəyyən edilib.

    Aparılan araşdırmalarla həmin şəxslərin eyni gündə zərərçəkmişin qardaşının evindən də pul və qızıl-zinət əşyası oğurladıqları məlum olub. Oğurlanan qızıl əşyalar onlardan aşkarlanaraq maddi-sübut kimi götürülüb.

    Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər