DTX bu icra hakimiyyətində əməliyyat keçirir - Saxlanılanlar var (YENİLƏNİB+FOTOLAR)

DTX bu icra hakimiyyətində əməliyyat keçirir - Saxlanılanlar var (YENİLƏNİB+FOTOLAR)
  • Cəmiyyət / Manşet

  • Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

    Asiya.az
    modern-az-a istinadən xəbər verir ki bu barədə İmişli Rayon İcra Hakimiyyətindəki mənbələr məlumat veriblər. Günün sonunda rəsmi məlumatın yayılacağı qeyd olunur.

    ***


    Bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyatın ilk fotosu yayılıb.

    Asiya.az xəbər verir ki, fotoqraf Ruslan Eldaroğlunun çəkdiyi şəkil Musavat TV-nin efirində yayımlanıb.

    Qeyd edək ki, 2012-ci ildən İmişliyə rəhbərlik edən Vilyam Hacıyev bu gün DTX əməliyyatçıları tərəfindən saxlanılıb.

    DTX bu icra hakimiyyətində əməliyyat keçirir - Saxlanılanlar var (YENİLƏNİB+FOTOLAR)
    DTX bu icra hakimiyyətində əməliyyat keçirir - Saxlanılanlar var (YENİLƏNİB+FOTOLAR)

    *12:22

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

    Asiya.az-ın APA-ya istinadən məlumatına görə, İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.

    Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər