Millimizin hücumçusu üçün arzuolunmaz xəbər

Millimizin hücumçusu üçün arzuolunmaz xəbər
  • İdman

  • Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” yeni hücumçu transferinə hazırlaşır.

    Asiya.az
    offsideplus.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Brügge”nin forvardı Emmanuel Dennislə maraqlanır.

    Klub rəhbərliyi “Arsenal” və “Nyukasl”ın da maraq dairəsində olan Nigeriya millisinin üzvü üçün mövsümün sonunda 25 milyon avro ödəməyə hazırdır. Britaniya mətbuatı bu transferin komandadakı iki futbolçunun inkişafına mənfi təsir edəcəyini vurğulayıb: “Leonard Kampanya və Renat Dadaşov U-23 komandasında yaxşı təsir bağışlayırlar və yayda baş məşqçi Nunu Espirito tərəfindən əsas kollektivə qoşulmağı gözləyirlər. Kampanya və Dadaşov hələ əsas komandada debüt etməyiblər. Lakin inkişafdadırlar və gələn mövsüm birinci kollektivlə olacaqlarını düşünürlər. Ancaq “qurdlar” Dennisi transfer etsə, bu iki gəncin ümidini öldürəcək. Emmanuelin 22 yaşı olsa da, əsas komanda üçün nəzərdə tutulub”.

    Qeyd edək ki, “Vulverhempton”a ötən ilin yayında “Eştoril”dən keçən Renat Dadaşov İngiltərə klubu ilə 4 illik müqavilə imzalayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər