"Qarabağ"ın futbolçusu Almaniya klubunda qalmayacaq

"Qarabağ"ın futbolçusu Almaniya klubunda qalmayacaq
  • İdman

  • "Qarabağ" klubunun futbolçusu Ailton Silvanın müqavilə ilə məxsus olduğu Almaniya "Ştutqart"ındakı taleyinə aydınlıq gəlib.

    "Report"un məlumatına görə, "Bild" nəşri komandanın icarədə olan oyunçularının durumu ilə bağlı araşdrıma aparıb. 25 yaşlı braziliyalı cinah oyunçusunun II Bundesliqa təmsilçisində gələcəyinin olmadığı bildirilib.

    Qeyd edək ki, Ailton Silvanın "Qarabağ"la icarə müddəti bu ilin iyulunda yekunlaşır. Onun "Ştutqart"la sözləşməsi isə 2021-ci ilin yayınadəkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər