Zərdabda da YARDIMLAR MƏNİMSƏNİLİR...-Yəqin yoldaş Camalov xəbərsizdir...(YENİLƏNİB)

Zərdabda da YARDIMLAR MƏNİMSƏNİLİR...-Yəqin yoldaş Camalov xəbərsizdir...(YENİLƏNİB)
  • Sosial, Araşdırma, Manşet

  • Koronovirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

    Asiya.az
    xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, Zərdab rayon icra hakimiyyəti aparatının ərazi idarəetmə şöbəsinin müdiri Ramiz Məmmədov aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsədiyi üzə çıxıb. Dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılan ərzaqları Çallı kəndində Ramiz Məmmədovun göstərişi ilə imkanlı qohumlarına paylanıb.

    Dövlətin bu sahədə apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı da ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

    Qeyd edək ki, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. “Xəbəral.az”

    Zərdabda da YARDIMLAR MƏNİMSƏNİLİR...-Yəqin yoldaş Camalov xəbərsizdir...(YENİLƏNİB)

    ***

    Xəbər saytımızda dərc ediləndən 1 saat sonra Zərdab Rayon İcra Hakimiyyətinin rəsmi ekektron poçtundan saytımıza aşağıdakı məzmunda məktub daxil oldu. Həmin məktubu olduğu kimi xəbərə əlavə edirik:

    "Heydər Əliyev Fondu tərəfindən 1500 ərzaq yardımı bağlamasının rayonda yaşayan aztəminatlı ailələrə paylanılması məqsədilə Rayon İHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən ünvanları və telefon nömrələri göstərilməklə ərzaq yardımının verilməsi nəzərdə tutulan ailə başçıları haqqında ətraflı məlumatlar elektron qaydada müvafiq ünvana göndərilmişdir. Fond tərəfindən razılıq verildikdən sonra həmin ərzaq bağlamaları siyahıda qeyd olunan ünvanlarda yaşayan ailələrə çatdırılmış və yardımın alınmasını ailə başçısı öz imzası ilə təsdiq etmişdir. Ərzaq bağlamalarının bir hissəsinin imkanlı şəxslərə verilməsi barədə vətəndaşlardan daxil olan müraciətlər əsasında Rayon İcra Hakimiyyəti tərəfindən araşdırma aparılmış, Məmmədqasımlı kəndində bu sahədə nöqsanlara yol verildiyi müəyyən edilərək yoxlama materialları rayon prokurorluğuna göndərilmişdir, hazırda istintaq aparılır.
    Ramazan ayının başlaması ərəfəsində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 500 imkansız ailəyə ərzaq yardımı göndərilmiş, yardımın alınmasını ailə başçıları imzaları ilə təsdiq etmiş, eyni zamanda foto şəkilləri çəkilmişdir.
    Bakı şəhərində və Zərdabda yaşayan imkanlı şəxslər tərəfindən 600 nəfərə yaxın aztəminatlı ailəyə ərzaq bağlamaları ilə köməklik göstərilmişdir.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər qurumların xətti ilə aztəminatlı ailələrə göndərilən yardımlar ünvanlı olmaqla həmin ailələrə müvafiq qurumlar tərəfindən çatdırılmışdır.
    Aztəminatlı ailələrə verilən yardımların bir qisminin imkanlı şəxslərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar böhtan xarakterli olmaqla heç bir hüquqi əsasa malik deyildir.
    Əgər əlinizdə belə halları təsdiq edən faktlar varsa həmin materialları prokurorluq orqanlarına təqdim edə bilərsiniz.
    Əks təqdirdə sayt haqqında məhkəmədə iddia qaldırılacaqdır".
    PAYLAŞ:

    Oxşar xəbərlər