Milli Məclisdə sürpriz dəyişiklik: Mətbuat katibi kim oldu? (FOTO/YENİLƏNİB)

Milli Məclisdə sürpriz dəyişiklik: Mətbuat katibi kim oldu? (FOTO/YENİLƏNİB)
  • Siyasət / Manşet

  • Elnar Məmmədli Ceyhun Əli ilə əvəzlənib.

    Milli Məclisin yeni mətbuat katibi Ceyhun Əli kollektivə təqdim olunub.

    Asiya.az xəbər verir ki, təqdimatı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev edib.

    Qeyd edək ki, mayın 5-də parlamentin mətbuat katibi postuna AZTV-nin əməkdaşı Elnar Məmmədlinin gətirildiyi barədə məlumat yayılmışdı. Lakin son anda E.Məmmədli Ceyhun Əli ilə əvəzlənib.

    Ceyhun Əli - Əliyev Ceyhun Yusif oğlu 1984-cü ildə Salyan şəhərində doğulub. 2002-2006-cı illərdə Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alıb. O, bir sıra qurumlarda, o cümlədən "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətində (ATV), İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi proqramlar departamentində çalışıb.

    ***13:50

    Milli Məclisə yeni mətbuat katibi təyin olunub.


    Asiya.az xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarovanın əmri ilə bu posta tanınmış teleaparıcı Ceyhun Əli təyin edilib. Bu gün ərzində o, kollektivə təqdim olunacaq.

    Maraqlıdır ki, bir neçə gün əvvəl bu vəzifəyə AzTV-nin aparıcısı Elnar Məmmədlinin təyin edilməsi ilə bağlı məlumat yayılmışdı.

    Məsələ ilə bağlı Elnar Məmmədli "BakuPost”a bildirib ki, xəbərlər yayılsa da, onun təyinatı ilə bağlı rəsmi qərar olmayıb.

    Milli Məclisdə sürpriz dəyişiklik: Mətbuat katibi kim oldu? (FOTO/YENİLƏNİB)
    PAYLAŞ:

    Oxşar xəbərlər