İsmayıllının icra başçısı töhməti kef məclisinə görə alıb - İddia

İsmayıllının icra başçısı töhməti kef məclisinə görə alıb - İddia
  • Siyasət / Manşet

  • Son günlər İcra başçılarının fəaliyyəti ilə bağlı xəbərlər xüsusi diqqət çəkir.

    Bir həftə ərzində iki başçının DTX tərəfindən saxlanılması xəbərindən sonra sosial şəbəkələrdə insanların öz rayonlarına rəhbərlik edən insanlardan şikayətləri artıb. Bu anlamda Abşeron rayonunun icra başçısının da adı hallanmaqdadır.

    Asiya.az bizimyol.info-ya istinadən xəbər verir ki, Dövlət başçısının aprelin 21-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova töhmət verməsinin də arxasında onun karantini pozaraq yaylağa çıxması yox, fərqli nüansların gizləndiyi ortaya çıxıb.

    Belə ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun töhmət almasının səbəbini açıqlayıb.

    İsmayıllının icra başçısı töhməti kef məclisinə görə alıb - İddia

    O deyib ki, yeni təyin edilən icra başçısı karantin rejimi dövründə Mərdəkanda atasının restoranında ziyafət təşkil edib: “İcra başçısı Bakıda kef çəkir, rayon qalır yiyəsiz. Axı niyə? Axı sənə etimad göstərilib. Bu da gənc kadr... Kimsə ingilis dilini bilir deyə vəzifəyə təyin edilməsi düzgün deyil. Təcrübə lazımdır. Qohumlarının hesabına vəzifələrə təyin edilirlər...”

    AFN xəbər verib ki, icra başçısı paytaxtdakı restoranların birində (dəqiqləşdirilməmiş məlumata görə, Mərdəkandakı “Qalabazar” restoranında) saytlardan birinin baş redakdoru olan tanınmış jurnalist (baş redaktorun kimliyi də bizə məlumdur-red.) və iki xanımla nahar edirmiş. Xüsusi karantin rejiminə təhkim olunmuş polis serjantı onların restoranda olduğunu bilib xəbərdarlıq etsə də, N.Bağırov özünü, jurnalist-baş redaktor isə vəsiqəsini təqdim edərək polisi ordan uzaqlaşdırıblar.

    Xidmətçi polis isə bu durumu rəisinə, rəisi rəhbərliyə məruzə edib. Təbii ki, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər