İcra başçısının müavini yardımı qaynanasına verdi - İTTİHAM

İcra başçısının müavini yardımı qaynanasına verdi - İTTİHAM
  • Siyasət / Araşdırma

  • “Dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılan ərzaq yardımlarını Lamiyə Qarayeva öz imkanlı qohumlarına paylayır”.

    Son bir neçə ayda Azərbaycanın bir sıra rayon və şəhərlərinin rəhbərləri ilə bağlı ciddi nəzarət həyata keçirilir.
    Məhz bunun nəticəsində öz vəzifə səlahiyyətlərindən sui istifadə edən 4 icra başçısı, onlarla yüksək vəzifəli məmur həbs olunmuşdur. Görünən odur ki, bəzi məmurlar hələ də baş verənlərdən nəticə çıxarmır.

    Asiya.az xəbər verir ki, ictimai fəal, Xocalı Rayon İcra Hakimiyyətinin sabiq işçisi olmuş Aynurə Abuşova sosial şəbəkədə yayımladığı məlumata görə, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsəyir.

    “Dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılan ərzaq yardımlarını Lamiyə Qarayeva öz imkanlı qohumlarına paylayır.
    Həmin yardımlardan biri L.Qarayevanın göstərişi ilə qaynanasına verilib. Aztəminatlı ailə görünüşü yaratmaq üçün Lamiyə Qarayevanın qaynanası ərzaq yardımı alarkən Lamiyə Qarayevanın azyaşlı övladları ilə fotoşəkil çəkdirməyi də unutmayıb. Sosial şəbəkələrdə paylaşılan həmin fotoşəkillər bir neçə dəqiqədən sonra Lamiyə Qarayevanın tapşırığı ilə silinib”.


    Aynurə Qarayeva bundan savayı L.Qarayevanın həyat yoldaşı, Goranboy Rayon DSMF-də çalışan Ceyhun Kərimov barəsində də şok xəbərlər səsləndirib.

    “Ceyhun Kərimov Lamiyə Qarayevaya məxsus 26AA003 Dövlət nömrə nişanlı xidməti avtomobili öz şəxsi avtomobili kimi istifadə edir. Rayon sakinləri dəfələrlə C.Kərimovun həmin avtomobillə qəza şəraiti yaratdığını, avto xuliqanlıq etdiyinin şahidi olublar.
    İcra başçısının müavini yardımı qaynanasına verdi - İTTİHAM

    C.Kərimov bu ilin mart ayında Bərdə rayonunda ciyər axşamından sərxoş halda qayıdarkən həmin avtomobillə qəza törədərək, avtomobilə ciddi zərər vurub. Bir Aydan çox müddətə təmir edilən avtomobil rayon küçələrində Dövlət nömrə nişanı olmadan idarə edilib. Həmin avtomobilin yeni təmirdən çıxması ilk baxışdan nəzərə çarpır”.


    Asiya.az-ın əməkdaşı ittihamlarla bağlı Lamiyə Qarayeva ilə əlaqə saxlayıb.

    Lamiyə Qarayeva bildirib ki, “Ərzaq yardımı aztəminatlı ailələrə verilir. Yardım verilərkən ailələrdən biri evdə olmadığı üçün yardım payını ona çatdırmaq üçün qonşusuna veriliblər. Həmin qonşu da mənim qaynanamdır. Yardımı verən adamlar da mənim qaynanamın fotoşəklini çəkiblər”.

    Lamiyə Qarayeva digər ittihama isə “Mən sizə açıqlama, hesabat vermək məcburiyyətində deyiləm. Kimin subutu varsa, buyusun gəlsin…Subut eləsinlər ki, mənim maşınım qəzalı olub“ cavabını verib.

    İnanırıq ki, adiyatı qurumlar məsələni araşdırıb, lazımı ölçü götürəcəklər!
    PAYLAŞ:

    Oxşar xəbərlər