İsmayıllı sakini avtomobilində odlu silahla öldürülüb

İsmayıllı sakini avtomobilində odlu silahla öldürülüb
  • Kriminal

  • İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

    Asiya.az
    xəbər verir ki, bu gün rayonun Mişgəmirli kəndində kənd sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlu ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib. Onun öz maşınında öldürüldüyü deyilir.

    Hadisəni törədənin kimliyi hələlik müəyyənləşməyib.

    Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə gətirilib.

    Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər