Məşhur oteldə azyaşlı qızı zorlayan rəis oğlundan yeni xəbər

Məşhur oteldə azyaşlı qızı zorlayan rəis oğlundan yeni xəbər
  • Hadisə

  • Bakıda məşhur oteldə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan keçmiş polis rəisinin oğlunun apellyasiya məhkəməsi başlayıb.

    Asiya.az
    xəbər veri ki, Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Əhmədov Nəriman Asif oğlunun məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov sədrlik edir. Cinayət işində təqsirləndirilən şəxslə yanaşı zərərçəkmiş qismində tanınan L.G.Quliyevanın qanuni nümayəndəsi də Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verib.

    İttiham aktına görə, məlum hadisə 9 noyabr 2018-ci ildə Nəsimi rayonunda yerləşən “Ambassador” otelində otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğlu tərəfindən törədilib və o, 2019-cu ilin yanvar ayında təqsirləndirilən şəxs qismində həbs edilib. Zərərçəkənin atasının mətbuata verdiyi məlumata görə, N.Əhmədov yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb və hadisə üzə çıxandan sonra menecer telefonunu dəyişdirərək qızla arasında olan yazışmaları silib. Hadisə ilə bağlı zərərçəkmiş qızın atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib.

    Təqsirləndirilən şəxsin vəkili Sadiq Əfəndiyevin “Yeni Sabah”a verdiyi məlumata görə, Nəriman Əhmədov Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib: “Sonra həm biz, həm də zərərçəkən tərəf apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra yenə hər iki təfəf Ali Məhkəməyə şikayət verib. Qeyd edim ki, zərərçəkən tərəf Nərimana ən ağır- 3 il cəza istəyib. Ancaq Ali Məhkəmə işə yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Artıq N. Əhmədovun 1 illik cəza müddəti bitdiyi üçün bu ilin yanvar ayında azadlığa çıxıb. Xüsusi karantin rejimi ilə əlaqədar məhkəmə prosesi iyun ayına kimi təxirə salınıb”.

    Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazı qalaraq ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib.

    Yeniyetmə qıza təcavüz edən Nəriman Əhmədovun atası, mayor rütbəli Asif Əhmədov («Ambassador» otelin sahiblərindən biri olduğu deyilir) əvvəllər Qazax Rayon Polis Şöbəsində Narkotiklərlə Mübarizə bölməsinin rəisi olub. Ilkin ehtimallara görə, Asif Əhmədov Qazax RPŞ-nin bölmə rəisi olduğundan oğlu ilə bağlı bir çox “fakt”ların üstündən keçiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər