Azərbaycanda güclü partlayış baş verib

Azərbaycanda güclü partlayış baş verib
  • Manşet / Olay

  • Göygöldə evdə partlayış baş verib...

    Asiya.az
    xəbər verir ki, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.

    Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına 2 dərəcəli termiki yanıq diaqnozu qoyulub.

    Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib. Partlayışa səbəb qaz sızması olub. Fakt araşdırılır. (APA)
    PAYLAŞ:

    Oxşar xəbərlər