Gəncədə 27 yaşlı gənci sinəsindən bıçaqladılar

Gəncədə 27 yaşlı gənci sinəsindən bıçaqladılar
  • Hadisə

  • Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

    Asiya.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Zeynalov Salman Qabil oğlu döş qəfəsi nahiyəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, 27 yaşlı gənc tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

    Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər