"Yuventus" - "Lion" oyununun vaxtı müəyyənləşdi

  • İdman

  • UEFA Çempionlar Liqasında İtaliya "Yuventus"u ilə Fransa "Lion"u arasında keçiriləcək 1/8 final mərhələsinin cavab görüşünün vaxtı müəyyənləşib.

    Asiya.az
    -ın məlumatına görə, "şirlər"in prezidenti Jan-Mişel Olas oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlayıb. Matça azarkeş buraxılmayacaq.

    Olas Fransa Liqa 1-in ləğvi ilə bağlı Peşəkar Futbol Liqasına apellyasiya verdiklərini də xatırladıb. Onun sözlərinə görə, şikayət nəticə verməsə, "Lion" və PSJ Çempionlar Liqasındakı rəqibləri tərəfindən məhv ediləcək.

    Qeyd edək ki, PSJ artıq 1/4 finala yüksəlib. "Lion" isə ilk görüşdə "Yuventus"a qalib gəlib - 1:0. Fransa Liqa 1-i koronavirus pandemiyası üzündən ləğv olunub və PSJ çempion elan olunub.(report)
    PAYLAŞ:

    Oxşar xəbərlər