Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
  • Sosial, Manşet

  • Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.

    Asiya.az
    xəbər verir ki, məlumatda dünən gün ərzində ölkədə koronavirusla bağlı 4 461 test edildiyi bildirilib.

    Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 193 411 test aparılıb.

    Xatırladaq ki, bu gün Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub, 30 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 2 519 yoluxma aşkarlanıb. Onlardan 1 650-si sağalıb, 32-si ölüb.

    Hazırda aktiv xəstə sayı 837-dir.

    Həmin şəxslərdən 33-nün vəziyyəti ağır, 40-nın vəziyyəti isə orta ağırdır. Digərlərinin səhhəti stabildir.
    PAYLAŞ:

    Oxşar xəbərlər