“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu - YENİLƏNİB (Video/Fotolar)

“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu - YENİLƏNİB (Video/Fotolar)
  • Manşet / Olay

  • Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında dünən gecə saatlarında baş verən yanğınla bağlı məlumat yayıb...

    Asiya.az
    xəbər verir ki, FHN-dən verilən məlumatda bildirilir ki, 11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub: "Zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib.

    Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib.

    Qeyd edək ki, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.

    Yanğının başvermə səbəbi araşdırılır".


    ***

    Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

    Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir.

    Qeyd edək ki, yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev hadisənin baş verdiyi əraziyə gəlib.

    ***

    Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğının baş verdiyi əraziyə gəlib.

    Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir.

    Qeyd edək ki, dünən axşam saatlarında Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    ***

    Xəbər verildiyi kimi, 11 may 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Asiya.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

    Nazir müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    ***

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

    Asiya.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    Qeyd edək ki, "EvroHome" tikinti materialları bazarında 5 ay bundan əvvəl (2019-cu ilin dekabrın 10-da) də güclü yanğın olmuşdu. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılmışdı və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılmışdı.

    “EuroHome”dakı yanğının təfərrüatları məlum oldu - YENİLƏNİB (Video/Fotolar)
    “EuroHome”dakı yanğının təfərrüatları məlum oldu - YENİLƏNİB (Video/Fotolar)
    “EuroHome”dakı yanğının təfərrüatları məlum oldu - YENİLƏNİB (Video/Fotolar)
    PAYLAŞ:

    Oxşar xəbərlər