Zərdabda icra nümayəndəsi yardımı mənimsədi

Zərdabda icra nümayəndəsi yardımı mənimsədi
  • Sosial, Araşdırma

  • Karantin dövründə bir neçə rayonda İcra Hakimiyyətinin başçısı, eləcə də ərazi nümayəndələri aztəminatlı ailələrə verilən ərzaq yardımının mənimsədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək həbs edildi.

    Amma, görünür bu son olmayacaq...


    Asiya.az xəbər portalına müraciət edən Zərdab rayonu Məlikli kənd sakini, 2-ci qrup əlil Aslan Teymurov dövlət tərəfindən aztəminatlı ailələr üçün nəzərdə tutulan ərzaq sovqatını Məlikli kənd ərazi nümayəndəsi Şamo Hüseynov və idarənin mühasibi Ellər Hacıyev tərəfindən mənimsənildiyini, təyinatı üzrə verilmədiyini bildirib.

    Aslan Teymurov bildirir ki, Heydər Əliyev fondu tərəfindən kənddə yaşayan aztəminatlı ailələr üçün göndərilən 130 ədəd ərzaq bağlamasının çox hissəsini Şamo Hüseynov və Ellər Hacıyev imkanlı yaxın qohumlarına verdi. E.Hacıyev həmin yardım bağlamasından hətta ikisini aztəminatlı olmayan bacısının evinə göndərdi”.

    Şikayətçi bildirir ki, faktla bağlı artıq Baş Prokurorluğa şikayət məktubu ünvanlayıb.

    Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər