ADPU-nun Quba Filialında növbəti onlayn "Ustad dərsləri"ndə bu dəfə Millət vəkili Qənirə Paşayeva iştirak edib - FOTO

ADPU-nun Quba Filialında növbəti onlayn "Ustad dərsləri"ndə bu dəfə Millət vəkili Qənirə Paşayeva iştirak edib - FOTO
  • Cəmiyyət

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev irsini öyrənirik" mövzusunda onlayn "Ustad dərsləri" adlı layihənin budəfəki qonağı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva olub.

    Asiya.az
    xəbər verir ki, əvvəlcə iştirakçıları salamlayan filialın direktoru dosent Yusif Alıyev Qənirə xanım Paşayevaya dəvəti qəbul etdiyinə görə təşəkkür edib, kollektivin bu görüşdən duyduğu məmnunluğu xanım millət vəkilinə çatdırıb.

    Sonra "Ustad dərsləri" layihəsi və həmçinin filialda həyata keçirilən, dövləti, dövlətçiliyi, cənab Prezident İlham Əliyevin ideya və çağırışlarını dəstəkləyən digər layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, mövcud pandemiya şəraitində həyata keçirilən belə layihə və onlayn tədbirlərin bir əsas məqsədi var: Azərbaycanın gələcəyi olan gənclərin savadlı, vətənini, xalqını, dövlətini sevən əsl vətəndaşlar kimi yetişdirilməsi.

    Millət vəkili,Mədəniyyət komutəsinin sədri Qənirə xanım Paşayeva Ulu öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti, ümummilli liderin gənclərə, qadınlara, təhsilimizə göstərdiyi diqqət və qayğının nəticəsi, Heydər Əliyev ideya-siyasi məktəbində azərbaycançılıq, dövlətçilik meyilləri haqqında danışıb. Ulu öndərlə birlikdə qatıldığı xarici səfərlərdən, dövlət tədbirlərindən olan xatirələri haqqında məlumat verib. Qənirə xanım Paşayeva filial rəhbərliyi tərəfindən irəli sürülən belə əhəmiyyətli təşəbbüslərə görə də dosent Yusif Alıyevə təşəkkür edib.

    Daha sonra filialın professoru Ramazan Qafarlı və filialın tələbə, müəllimlərinin Qənirə xanıma ünvanladıqları sualları cavablandırılıb.

    Millət vəkili sonda xüsusi olaraq bildirdi ki, yaxın günlərdə ADPU-nun Quba filialının kollektivi ilə mütləq bir daha görüşəcək.

    ADPU-nun Quba Filialında növbəti onlayn "Ustad dərsləri"ndə bu dəfə Millət vəkili Qənirə Paşayeva iştirak edib - FOTO
    ADPU-nun Quba Filialında növbəti onlayn "Ustad dərsləri"ndə bu dəfə Millət vəkili Qənirə Paşayeva iştirak edib - FOTO
    ADPU-nun Quba Filialında növbəti onlayn "Ustad dərsləri"ndə bu dəfə Millət vəkili Qənirə Paşayeva iştirak edib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər