DTX daha bir dövlət xidmətinə girdi, vəzifəli şəxslər... - ƏMƏLİYYAT KEÇİRİLİR

DTX daha bir dövlət xidmətinə girdi, vəzifəli şəxslər... - ƏMƏLİYYAT KEÇİRİLİR
  • Siyasət, Manşet

  • Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətində əməliyyat keçirir.

    Asiya.az
    xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

    Hazırda araşdırmalar davam etdirilir.

    İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

    BakuPost-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, NeftçalaXaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.

    Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər