Nazirin proqnozu düz çıxdı - İftara yığışan ailələr koronavirusa yoluxdu

Nazirin proqnozu düz çıxdı - İftara yığışan ailələr koronavirusa yoluxdu
  • Dünya

  • İftar üçün bir evdə yığışan ailələrin bir neçə üzvü koronavirusa yoluxub.

    Asiya.az
    Türkiyə mətbuatına istinadən xəbərə verir ki, İftar üçün eyni evdə yığışan iki ailənin 5 üzvünün koronavirus testlərinin nəticəsi müsbət çıxıb.

    Olay Türkiyənin Uşak vilayətinin Banaz mahalında yaşanıb.

    Qeyd edək ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ramazan ayı başlamazdan əvvəl şəxsi Tvitter hesabında "Süfrədə kimsə duz əvəzinə koronavirus ötürə bilər. Çox adam olan iftarları bu il tarixə salaq. Xeyirli iftarlar" sözlərini yazmışdı.

    Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən Türkiyə koronavirusa yoluxanların sayına görə ilk onluqdadır. Bu ölkədə koronavirus səbəbindən 4000-dən çox insan dünyasını dəyişib.
    PAYLAŞ:

    Oxşar xəbərlər