Migəçevirin regional oliqarxının inanılmaz sərvəti - FOTOLAR

Migəçevirin regional oliqarxının inanılmaz sərvəti - FOTOLAR
  • Araşdırma, İQTİSADİYYAT

  • Bölgələrdə olan bir çox məmurların, o cümlədən də Mingəçevir şəhərindəki bəzi məmurların varidatı paytaxtdakı yüksək çinli oliqarx-məmurlardan da heç də geri qalmır...

    Asiya.az
    xəbər verir ki, DTX-nın baş idarəsi yəqin ki, RETSİ-nin rəisi Saleh Abdullayevin fəaliyyətini mütləq araşdıracaq…

    Məlumatlı mənbənin iddiasına görə, heç kimlə hesablaşmayan və fantastik sərvətə malik “Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev yalnız bir nəfərin liderliyini və rəhbərliyini qəbul edir:”Azərenerji” şefi Baba Rzayevin…

    Theazerbaijantimes.az-ın redaksiyasına daxil olan məlumtalara görə,“Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayev uzun illərdir məmur kimi fəaliyyət göstərsə də,onun təkcə Mingəçevirdə dəyəri milyonlara ölçülən biznes obyektləri və daşınmaz əmlakları var.

    Həmin obyekt və daşınmaz əmlakların bir hissəsinin siyahısını təqdim edirik:

    -Mingəçevir şəhərinin İslamzadə küçəsində-Kür çayının yaxınlığında 3 böyük villa;

    -Sağ sahil yaşayış massivində “Ana Kür Place” adlı şadlqı sarayı və mebel salonu;

    -H.Əliyev prospektində üç mərtəbli “Səadət ” şadlıq sarayı+mərasim zalı;

    -M.Maqomayev küçəsində binanın birinci mərtəbəsində böyük obyekt(hazırda “Təmiz qaz”a yüksək qiymətə icarəyə verilib);

    -S.Vurğun küçəsində Məşğulluq Mərkəzinin keçmiş iki mərtəbəli binası(hazırda “Qaçqınkom”un nümayəndəlikləri yerləşir.Yəqin icarədar kimi);

    -Şəhərin düz mərkəzində-ən bahalı yerdə qiyməti təxminən yarım milyon manat olan villa;

    -Mingəçevir şəhəri, 20 yanvar küçəsində “köhnə mebelni” adlanan binada avro-təmirli 5 otaqlı mənzil;

    -Kür çayının sağ sahilində yeni otel layihəsi üçün böyük torpaq sahəsi;

    -Şəhərin “Lakavarka” deyilən hissəsində 1 ha torpaq sahəsi(sotu təxminən 8-10 manat);

    -Mingəçevir Polis şöbəsində işləyən oğlu-baş leytenant Aydın Abdullayevin hər gün işə sürdüyü 99-AA-018 dövlət nömrə nişanlı son model BWW maraklı avtomobil;
    Migəçevirin regional oliqarxının inanılmaz sərvəti - FOTOLAR
    Migəçevirin regional oliqarxının inanılmaz sərvəti - FOTOLAR
    Migəçevirin regional oliqarxının inanılmaz sərvəti - FOTOLAR
    Migəçevirin regional oliqarxının inanılmaz sərvəti - FOTOLAR
    Migəçevirin regional oliqarxının inanılmaz sərvəti - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər