İntihar etməyi düşünən milyonçu - “KFC”-nin qurucusu Harland Sandersin uğur hekayəsi -FOTOLAR

İntihar etməyi düşünən milyonçu - “KFC”-nin qurucusu Harland Sandersin uğur hekayəsi -FOTOLAR
  • Dünya / Maraqlı

  • ABŞ-da başlayan və bütün dünyada yayılan fastfud məhsulları ölkəmizdə ən çox istehlak olunan qidalardandır. Dünyanın ən böyük fastfud şəbəkəsi olan "Kentucky Fried Chiken” Azərbaycanda da sevilir.

    KFC adı haradan gəlir və necə yaranıb?

    KFC-nin qurucusu, polkovnik Harland Sandersin uğur hekayəsini sizlərə təqdim edirik.

    KFC (Kentuki Qovrulmuş Toyuq) 1930-cu ildə ABŞ-da yaradılan fastfud şəbəkəsidir. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fastfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılıb, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılıb.

    KFC-nin qurucusu Harland Sanders 1890-cı ildə ABŞ-ın İndiana ştatında anadan olub. Uşaqlığı çətin keçən Sanders, 5 yaşında olanda atasını itirib və özündən kişik qardaşlarına baxmaq məcburiyyətində qalıb. Bu dövrdə evdəki işlərlə məşğul olan Sandersin yemək bişirmə bacarıqları inkişaf etməyə başlayıb.

    16 yaşında olanda Sanders yaşını saxta yolla artıraraq ABŞ ordusuna qoşulub. 8 il xidmət etdikdən sonra ordudan ayrılıb və uzun müddət müxtəlif işlərdə çalışıb. Gənc yaşlarda ailə quran və övladı olan Sandersin oğlu çox yaşamayıb. Oğlunun itkisindən sonra qatarlarda bələdçi işləyən Harland Sanders həmin işdən də qovulub.

    Daha sobra bir nəqliyyat şirkəti yaradan Harland Sanders bir neçə gəmi ilə Ohio çayında nəqliyyat xidməti həyata keçirməyə başlayıb. Bu işdən 1 il ərzində 22 min dollar qazanan Sanders işləri böyütmək üçün bir şirkət daha yaradıb. O, bu dəfə lampa emalatxanası yaradıb. Ancaq lampalar köhnə texnologiyadan, yəni "asetilen lampalarından” olduğu üçün Harland bu dəfə də müflis olub və bütün pullarını itirib.

    Daha sonra uzun müddət sığorta və təsərrüfatçılıq kimi müxtəlif işlərdə çalışıb. 40 yaşında olanda bu həyatda heç nəyə nail ola bilməyəcəyini düşünərək intihar etmək istəyib. Sanders intihar düşüncələri ilə mübarizə apararaq nə qədər çətin yollardan keçdiyini xatırlayıb və bir mağaza açmağa qərar verib.

    Sanders yanacaqdoldurma məntəqəsi, motel və kafedən ibarət bir məkanı alıb, orada yemək bişirməyə başlayıb. Qısa müddət ərzində onun bişirdiyi yeməklər bölgədə böyük şöhrət qazanıb.


    Həmin dövrdə KFC markasının xüsusi olaraq sous ilə qızardılmış toyuqları çox populyarlaşıb. Hətta Kentukki qubernatoru Sandersə dövlət mətbəxinə verdiyi töhfələrə görə 'Kentukki polkovniki' titulunu vermişdi.

    Ancaq polkovnik Harland Sandersin bu kiçik restorandakı uğuru da uzun olmayıb. Aldığı motel yanıb kül olub. Moteli yenidən quran Sandersin artıq ödəyəcəyi borclar da artmışdı.

    Borcları günü-gündən artan Sanders, əlindəki hər şeyi satıb və başladığı yerə dönüb. Üstəlik, o, artıq 66 yaşında idi.

    Yaşadığı bütün hadisələrə baxmayaraq, Sanders uğur qazanmağa davam edirdi. İki il ərzində Amerikanın demək olar ki, hər yerini gəzən Sanders xüsusi souslu toyuqlarını restoranlara satmağa çalışıb. Sanders kafeni qurduqdan sonra onlarla növ ədviyyatla icad etdiyi xüsusi reseptini yaymaq üçün minlərlə restoran gəzib.

    Hətta xatirələrini danışdığı bioqrafiyasında 1009 restoran gəzdikdən sonra 1009-cu restoranın resept təklifini qəbul etdiyini söyləyib. O, nəhayət, bu restoranla müqavilə bağlayıb. Əvvəlcə satılan hər toyuqdan 5 dollar komissiya alıb, zaman keçdikcə Sandersin toyuqları ABŞ-a yayılıb.


    1964-cü ildə "Kentucky Fried Chicken” tanınmış bir marka oldu və Sanders markasını 2 milyon dollara satdı. Polkovnik Harland Sanders nəhayət, çəkdiyi əziyyətlərinin mükafatını aldı və KFC markası üçün qloballaşma prosesi başladı. Əzm, ümid və mübarizə ilə xarakterizə olunan Sanders 90 yaşında həyatı ilə vidalaşıb.

    Hazırda dünya səviyyəsində 110 ölkədə fəaliyyət göstərən KFC hər il 23 milyard dollardan çox gəlir əldə edə bilən və 20 mindən çox işçisi olan bir restoran şəbəkəsi vəziyyətinə gəlib. ///Musavat.com

    İntihar etməyi düşünən milyonçu - “KFC”-nin qurucusu Harland Sandersin uğur hekayəsi -FOTOLAR
    İntihar etməyi düşünən milyonçu - “KFC”-nin qurucusu Harland Sandersin uğur hekayəsi -FOTOLAR
    İntihar etməyi düşünən milyonçu - “KFC”-nin qurucusu Harland Sandersin uğur hekayəsi -FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər