Əbülfəs Qarayevin Panamada açdığı şirkətin adı açıqlandı - Korrupsiya

Əbülfəs Qarayevin Panamada açdığı şirkətin adı açıqlandı - Korrupsiya
  • Araşdırma / Cəmiyyət

  • Mədəniyyət naziri Əbülfəs Qarayevə aid olduğu iddia edilən yeni şirkətinin adı açıqlanıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.

    Onun sözlərinə görə, Əbülfəs Qarayev RİMBA S.A şirkətini sabiq deputat Hüseynbala Mirələmovla birlikdə açıb:

    "Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəz Qarayev topladığı pulların bir qismini Hüseynbala Mirələmovla Panamada şərik açdığı RİMBA S.A. şirkətinə ötürüb.

    Məlum olan korrupsiya faktları:

    1. İrəvan Dövlət Dram Teatrı ilə bağlı layihə: məbləğ - 900 min manat;

    2. Aşıq Hüseyn Bozalqanlının Ev Muzeyi və Tovuz Mədəniyyət Evi ilə bağlı layihə: 751 min manat.

    3. Hər ay musiqi məktəblərindən çatan vəsait: Əvvəlcə, ayda 9 min, daha sonra 11 min manat;

    4. Ay ərzində 15 idarədən yığılan məbləğ - 60 min manat;

    5. Şirkətlərin qaytardığı ("otkat”) vəsait - 290 min manat;

    6. Rayonlarda aparılan təmir işləri ilə əlaqədar ayrılan vəsait - 1 milyon 500 min manat.

    Şirkətin adına gəlincə, "Rimba” malayziyalıların dilində "cəngəllik", mədəniyyətdən, gözdən-könüldən uzaq dərin meşəlik deməkdir".
    PAYLAŞ:

    Oxşar xəbərlər