Əhali çimərliklərə elektron icazə ilə buraxılacaq – AÇIQLAMA

Əhali çimərliklərə elektron icazə ilə buraxılacaq – AÇIQLAMA
  • Sosial

  • “Bakı sakinləri sosial məsafə saxlamasalar, maskalardan istifadə etməsələr, biz özümüzü yeni dalğadan sığortalaya bilmərik”.

    Asiya.az
    xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

    “Bu gündən istirahət zonaları açılır, çimərliklər də gələcəkdə açılacaq, lakin ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın. Biz bununla bağlı elektron sistem üzərində düşünürük. Vətəndaş evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə bilər”, – deyə E. Əzizov qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər