Hacıqabulda BİABIRÇILIQ: rəisin atasının adı qoyun oğurluğunda hallanır + VİDEO

Hacıqabulda BİABIRÇILIQ: rəisin atasının adı qoyun oğurluğunda hallanır + VİDEO
  • Sosial / Araşdırma / Asiya TV

  • Hacıqabulda haqqı tapdandığını iddia edən məcburi köçkünlər ölkə başçısından, daxili işlər naziri Vilayət Eyvazovdan və yeni təyin edilən icra başçısından kömək istəyir.

    Asiya.az
    Kəlbəcər rayonnun Zəylik kənd sakini Səməd Mustafazadənin müraciətini olduğu kimi təqdim edir:

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

    Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

    Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı cənab Azər Qocayevə

    Hörmətli cənab Prezident!


    Diqqətinizə çatdırım ki, Hacıqabul rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynovun atası MAARİF HÜSEYNOV zorla bizə məxsus 600-dən çox xırdabuynuzlu heyvanlarını ələ keçirib və qaytarmır.

    Son zamanlar məmur özbaşınalığı ilə bağlı gördüyünüz ciddi tədbirlərə baxmayaraq hələ də insanlara yuxarıdan aşağı baxan məmur və onların ailə üzvüləri vardır. Hesab edirəm ki, bu həssas dönəmdə məcburi köçkünlərin şikayətləri ciddi şəkildə araşdırılmalı və günahkarlar cəzalarını almalıdırlar.
    Odur ki, Sizdən xahiş edirəm ki, bir məcburi köçükn ailəsinin fəryadını eşidəsiniz və üzləşdiyimiz bu özbaşınalıqları şəxsi nəzarətinizə götürəsiniz.



    PAYLAŞ:

    Oxşar xəbərlər