Jurnalist cəza çəkdiyi müəssisədə aclıq aksiyasına başladı - FOTO

Jurnalist cəza çəkdiyi müəssisədə aclıq aksiyasına başladı - FOTO
  • Araşdırma / Cəmiyyət

  • Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Qənimət Məmmədov dünəndən etibarən müddətsiz aclıq aksiyasına başlayıb.

    Asiya.az
    -a bu barədə məlumatı Qənimət Məmmədovun anası Sehri Məmmədova verib.

    “Karantin rejimilə əlaqədar olaraq artıq 3 aydır ki, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara ailələrinin ərzaq, yemək gətirilməsi dayandırılıb. Müəssisə daxilində olan mağazada isə ərzaq məhkumlara baha qiymətə təklif edilir. Bu isə məhbusların imkanları xaricindədi. Xəstələrə lazımı tibbi yardım göstərilmir. Qənimət bu özbaşınalığa etiraz olaraq bir neçə dövlət qurumuna aidiyyəti üzrə müraciət ünvanlayandan sonra müəssisə rəhbərliyi onunla yola getmir.

    Müəssisədə Əməliyyat Şöbəsinin rəisi Fariz Əliyev və Rejim Nəzarət Şöbəsinin rəis müavini Elmar Seyidov digər məhkumlara Qənimətlə ünsiyət saxlamağı, onunla birlikdə yemək yeməyi qadağan edib. Onların qanundan kənar tapşırığına əməl etməyən iki məhkum - Qorxmaz MehdiyevBeyrək Verdiyevə rejim qaydalarını pozduqları üçün hər biri 15 sutka cərimə təcridxanasına salınması ilə cəzalandırılıblar.

    Bütün bu özbaşınalıqlara cavab olaraq Qənimət Məmmədov dünəndən etibarən müddətsiz aclıq aksiyasına başlayıb”.

    Jurnalist cəza çəkdiyi müəssisədə aclıq aksiyasına başladı - FOTO
    Qənimət Məmmədov
    Sehri Məmmədova qeyd edib ki, oğlu onunla sonuncu dəfə telefonla danışanda anasına deyib ki, müəssisə rəhbərliyi tezliklə onu da cərimə təcridxanasına salmaqla cəzalandıracaq.

    Ana övladının hazırkı durumuyla bağlı aiddiyyəti qurumlardan kömək gözləyir.

    Məsələ ilə bağlı Asiya.az-a açıqlama verən Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirdi ki, “Tam yalan məlumatdır. 6 saylı Cəzaçəkmə Müəssisəsində heç kim aclıq aksiyası keçirmir”
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər