Xızının icra başçısı Xaçmazda zeytun, əncil meyvələrin biznesini qurub

Xızının icra başçısı Xaçmazda zeytun, əncil meyvələrin biznesini qurub
  • Araşdırma / Cəmiyyət / Manşet

  • Xızı rayon icra hakimiyyəti ilə bağlı maraqlı məlumatlar daxil olub.

    Asiya.az
    xəbər verir ki, 2012-ci ildən Xızı RİH başçısı vəzifəsini icra edən Xəzər Aslanov fəaliyyəti dövründə böyük narazılıqlarla yadda qalıb. Mənbəmiz iddia edir ki, Xəzər Aslanov icra başçısı deyil, sahibkar kimi tanınır. Məlumatlarda o da vurğulanır ki, Xaçmaz rayonunda hektarlarla torpağ sahələrinin olduğu və həmən sahələrdən gəlir əldə etmək məqsədi ilə yüksək səviyyədə biznes qurub. Bir sözlə icra başçısının başı zeytun və əncir ağaclarına qarışıb. Lakin Xızı rayonunda bir aptekin olmadığı və sonradan mətbuatın tənbehindən sonra aptekin tikildiyi məlum oldu.

    Bunlardan əlavə digər rayonlarda yaşanan neqativ hallar Xızı rayonunda da müşahidə olunub. Əslində, icra başçısı Xəzər Aslanovun ali təhsili olmadığını və bir neçə rayonlarda rəhbər vəzifəsində çalışması olduqca maraqlı məqamlardandır. Ən azından idarəçiliyi bacarmayan, sahibkarlığ fəaliyyəti üzərində bir çox mülklərə sahib olan X. Aslanov təcili sürətdə vəzifədən uzaqlaşdırılacağı bildirilirdi. Təbii ki, ölkə başçısı cənab İlham Əliyevin diqqətindən heç nə yayına bilməz. Məhz hakim partiyaya siyasi xəyanət edən 5 rayonun icra başçısı məlum səbəblərə görə cəzalandırıldı. Əlbətdə ki, özbaşınalıqlar, dövlət vəsaitini mənimsə və digər faktlar dövlətə vurulan ən ağır zərbədir.

    Ümüdvarıq ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tezliklə Xızı rayonu ilə bağlı araşdırmalara başlayacaq. Amma bizim araşdırmalarımız davam edir.

    dosye.org
    PAYLAŞ:

    Oxşar xəbərlər