Qənirə Paşayeva erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularına heykəllərin qoyulmasını təklif etdi - VİDEO

Qənirə Paşayeva erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularına heykəllərin qoyulmasını təklif etdi - VİDEO
  • Siyasət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllərin qoyulması təklifi ilə çıxış edib.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin iclasında çıxışı zamanı bildirib ki, Ermənistanın indiki və sabiq rəhbərliyinin terroru və faşizmi dəstəkləyən əməlləri bir çox beynəlxalq təşkilatlarda cənab Prezidentimiz tərəfindən yüksək səviyyədə ifşa olunub və olunmaqda davam edir.

    Cənab Prezident Ermənistanın əvvəlki rəhbərliyinin alman faşizmi ilə əməkdaşlıq edən Qaragen Nijdeyə qoyduğu heykəli Ermənistanın yeni rəhbərinin götürməməsini, tam əksinə bu heykəlin qoyulması ilə bağlı bəraətverici çıxışlarını faşizmi dəstəkləyən əməllər olmasını bütün beynəlxalq platformalarda geniş şəkildə ifşa etdi. Eyni zamanda Ermənistanın keçmiş rəhbərliyinin beynəlxalq terrorçu Monte Melkonyana qoyduğu heykəlin Ermənistanın yeni rəhbərliyi tərəfindən götürülməməsinin, tam əksinə dəstəklənməsinin onun beynəlxalq terrora verdiyi dəstəyin bir örnəyi olduğunu geniş ifşa etdi.

    Cənab Prezidentin Ermənistan rəhbərliyinin faşizm düşüncəsini, terroru dəstəkləyən əməllərini ifşa etməsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşist Almaniyası ilə geniş əməkdaşlığı tarixi faktlarla sübut olundu və Ermənistan rəhbərliyinin iç üzü dünyada daha geniş şəkildə ifşa olundu. Bütün bunlardan sonra Ermənistan Cümhuriyyət tariximizə və Cümhuriyyət qurucularımlza qondarma erməni soyqırımı yalanları kimi yalanlarla hücumlara başlayıb. Bu yalanlara dünyanın harasında doğulub və harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, tarixçilərimiz, siyasətçilərimiz, diaspor təşkilatlarımız, mətbuat qurumlarımız fəal şəkildə cavab verməlidir. Erməni yalanlarının ifşası üçün səfərbərliyimizi daha da artırıb həqiqətləri dünyaya daha geniş çatdırmalıyıq. Biz bu həqiqətləri hər yerdə geniş yaymalıyıq ki, Cümhuriyyət qurucularımızın bir hissəsi də məhz erməni terrorunun qurbanı olub, onlar tərəfindən qətlə yetiriliblər. Ermənilər Cümhuriyyət qurucularımızın qətlə yetirilməsi ilə bağlı bir siyahı hazırlamışdılar. Baş nazirimiz, İstiqlal Bəyannaməsində imzası olan Fətəli Xan Xoyski, Parlamentin sədr müavini, İstiqlal Bəyannaməsində imzası olan Həsən bəy Ağayev Tiflisdə, Qarabağın qurucu xanı Pənahəli xanın nəticəsi olan Daxili İşlər nazirimiz Behbud xan Cavanşir İstanbulda erməni terrorunun qurbanı oldular, ermənilər tərəfindən xaincəsinə qətlə yetirildilər.

    Bu böyük şəxsiyyətlərimizin ermənilər tərəfindən qətlə yetirilməsinin 100-cü il dönümü tamam olur. Çox yaxşı olardı ki, Bakının mərkəzi yerlərində erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularımızın büstləri və ya heykəlləri qoyulsun və orada onların məhz erməni terrorunun qurbanı olduqları, ermənilər tərəfindən qətlə yetirilməsi qeyd olunsun.

    Bu ölkəmizə gələn çoxlu sayda insanlara həqiqətlərin, gerçəklərin daha geniş çatdırılması istiqamətində də vacib addım olardı.
    PAYLAŞ:

    Oxşar xəbərlər