Ramazan və Qurban bayramları Ukraynada rəsmi qeyd olunacaq

Ramazan və Qurban bayramları Ukraynada rəsmi qeyd olunacaq
  • Dünya

  • Ukrayna prezidenti Vladimir Zelenski Krım tatarlarının liderləri ilə görüşüb.

    O, görüşdə soyqırım qurbanlarının 76-cı ildönümü ilə bağlı Krım tatarlarına başsağlığını çatdırıb.

    Asiya.az xəbər verir ki, Zelenski onlara Uraza (Ramazan) və Qurban bayramlarının dövlət səviyyəsində qeyd olunacağına söz verib. Bundan başqa, Ukrayna prezidenti Krım tatarı Əminə Cabbarovanı xarici işlər nazirinin birinci müavini təyin edəcəyini açıqlayıb. Zelenski görüşdə Kiyevdə böyük məscidin tikintisinə başlanılacağını da söyləyib.

    1944-cü ilin mayın 18-də SSRİ hökuməti Krım tatarlarını deportasiya etmək qərarı vermişdi. Bu xalqın nümayəndələri heyvanlar üçün nəzərdə tutulan vaqonlarda əsasən Orta Asiyaya sürgün edilmişdi. İosif Stalinin ölümüdən sonra 180 min insanın sürgünə məruz qaldığı bildirilirdi. Amma Krım tatarları rəqəmin xeyli çox – 420 min nəfər olduğunu iddia edir.

    Zelenski görüşdə hər bir xalqın nümayəndəsinin rahat yaşaya biləcəyi dövlət qurmaq əzmində olduqlarını dilə gətirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər