Deputat erkən nikahların bağlanmasına etiraz edərək təklif səsləndirdi

Deputat erkən nikahların bağlanmasına etiraz edərək təklif səsləndirdi
  • Siyasət / Manşet

  • “Hesab edirəm ki, erkən nikahların bağlanması insan alverinə aid edilməlidir”.

    Asiya.az
    Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    Deputat bildirib ki, erkən nikahlara cəlb olunan şəxslərin təhsil hüququ ilə yanaşı, digər hüquqları da pozulur. Erkən yaşda ərə verilən qızlarda bir çox xəstəliklər aşkarlanır. Məsələn, çox vaxt ilkin doğuş zamanı həyatlarını itirirlər”.

    Parlamentarinin sözlərinə görə, erkən nikahların bağlanılmasında maraqlı olan tərəflər də mövcuddur:
    “Bir məqamı da qeyd edim. Bəzi icra başçıları və tibbi işçiləri erkən nikahları rüşvət mənbəyinə çeviriblər. Ya sağlamlıq haqqında arayış verirlər, yaxud da, ərə verilən qızların valideynlərinin ölümcül xəstə olduqlarını əsas gətirirlər. Həmin arayışlar zamanı məlum olur ki valideynlər arasında dünyasını dəyişən yoxdur”.

    Deputat erkən nikahlarla bağlı təklif də səsləndirib:

    “Təklif edirəm ki, erkən nikahların bağlanması zamanı pozulan hüquqlar insan alveri kateqriyasına aid edilsin. Həmin arayışları verən həkimlərin işi araşdırılsın, cinayət işi kimi qeyd olunsun və insan alverinə bərabər tutulsun”.
    PAYLAŞ:

    Oxşar xəbərlər