Füzuli rayon icra hakimiyyətində xəbərdarlıq atəşi- ŞOK

Füzuli rayon icra hakimiyyətində xəbərdarlıq atəşi- ŞOK
  • Manşet, Kriminal

  • Füzuli rayon icra hakimiyyətində silahdan atəş açılıb.

    Asiya.az
    xəbər verir ki, RealMedia.az-a verilən məlumatda iddia olunur ki, ötən həftə Füzuli rayon İcra Hakimiyyətinin inzibati binasında şok olay yaşanıb. İcra hakimiyyətinin inzibati binasını mühafizə edən Beyləqan Rayonlararası Mühafizə Şöbəsininin mühafizə polisi İlyas Hüseynovun “Makarov” tipli xidməti silahından açılan atəş icra hakimiyyətində hər kəsə şoka anlar yaşadıb.

    Hələ ki, hadisənin konkret olaraq hansı şəraitdə baş verdiyi haqqda rəsmi məlumat əldə edə bilməsəkdə, apardığımız araşdırmalar zamanı məlum oldu ki, hadisə xidmət vaxtı baş verib. Belə ki, mühafizəçi polislər “naryadı” bir birlərinə təhvil verərkən silahla ehtiyatsız davarnıblar və nəticədə güllə açılıaraq, icra hakimiyyətinin divarına dəyib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Mənbə iddia edir ki, hadisə dərhalda ört-basdır edilərək, gizlədilib. Qeyd edək ki, hadisədən bir az əvvəl Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinə yeni rəis təyin edilib. Görünən odur ki, yeni rəisin əyağı şöbəyə düşərli olmayıb. Uğursuz olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər