Bakıda mənzilləri qarət edən gənc qız yaxalandı

Bakıda mənzilləri qarət edən gənc qız yaxalandı
  • Hadisə

  • Bakıda gənc qız iki mənzili qarət edib.

    Asiya.az
    xəbər verir ki, hadisə mayın 9-da Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib.

    Naməlum şəxs qəsəbə sakini İmran Abbasova məxsus mənzildən min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.

    Həmçinin, mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

    Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

    Faktla bağlı araşdırma aparılır. ///Trend
    PAYLAŞ:

    Oxşar xəbərlər