İmişlinin yeni icra başçısı bu məmurun qohumudur (FOTO)

İmişlinin yeni icra başçısı bu məmurun qohumudur (FOTO)
  • Cəmiyyət / Manşet

  • Xəbər verdiyimiz kimi, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Asiya.az
    xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, E.Rzayev bu təyinata qədər bir sıra dövlət vəzifələrində çalışıb. O, əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

    İmişlinin yeni icra başçısı bu məmurun qohumudur (FOTO)

    Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqdan sonra E.Rzayev rayonun Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edib. Qısa vaxtdan sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyinat alıb.

    İmişlinin yeni icra başçısı bu məmurun qohumudur (FOTO)

    Qeyd edək ki, E.Rzayev Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumudur.
    PAYLAŞ:

    Oxşar xəbərlər