Namizəd Səfərov Milli Şuradan istefa verdi

Namizəd Səfərov Milli Şuradan istefa verdi
  • Sosial

  • Hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib.

    Asiya.az
    Report-a istinadən xəbər verir ki, N.Səfərov istefasının səbəbini Milli Şuranın videokonfranslarının internetdə yayılan videolarla bağlı olduğunu bilıdirib:

    "Milli Şuranın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram”.

    O qeyd edib ki, bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətinin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək, Milli Şura tərkbindən istefa verir.

    Qeyd edək ki, nalayiq ifadələrin də yer aldığı sözgedən videonun yayılmasından sonra Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istefa verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər