Qənirə Paşayevanın seçicilərilə online şəkildə görüntülü görüşləri davam edir

Qənirə Paşayevanın seçicilərilə online şəkildə görüntülü görüşləri davam edir
  • Sosial

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 8 gündə Tovuz rayonundan olan 200-dən artıq seçicisi ilə online şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

    Asiya.az
    xəbər verir ki, eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 300-ə yaxın sayda müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.

    Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib. Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər