Elza Seyidcahandan yeni “şedevr”: “Bal qabaq, dal yasaq...”

Elza Seyidcahandan yeni “şedevr”: “Bal qabaq, dal yasaq...”
  • Mədəniyyət

  • Ədəbiyyatın hələ müəyyənləşdirməyə çətinlik çəkdiyi naməlum üslubda yazdığı şeirləri ilə tez-tez gündəmə gələn müğənni Elza Seyidcahan yenə yaradıb.

    Asiya.az
    Elza xanımın son yazdığı "Dalqabaq" şeirini oxucularına təqdim edir:

    DALQABAQ

    Gəlsən gedək dalqabağ
    Sev sən məni sağbasağ
    Ək yetişsin tağbatağ
    Gəlsin bizə balqabağ

    Gedirəm yol uzunu
    Yolda qoydum özümü
    Qınayımmı sözümü?
    Mən daldayam yol qabağ

    Olma belə qaraqabağ
    Onsuz ömür yarıçılpağ
    Yenə gedək dal-qabaq
    Həyat olsun cağbacağ

    Bal qabaq dal yasağ...
    Gah dalda gah qabaqda
    Qabaqlar qoyardılar
    Yar gözün intizarda

    Elza Seyidcahan,
    20 may 2020, Karantin günlərində
    PAYLAŞ:

    Oxşar xəbərlər