Millət vəkili Məşhur Məmmədovdan Ramazan təbriki!

Millət vəkili Məşhur Məmmədovdan Ramazan təbriki!
  • Cəmiyyət / Manşet

  • Millət Vəkili Məşhur Məmmədov Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını, öz seçicilərini təbrik edib.

    Asiya.az
    həmin təbriki təqdim edir:

    “Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Tanrıdan oruc və namazlarınızın qəbul, dualarınızın keçərli olmasını diləyirəm.

    Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir.
    Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Tanrının yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu müqəddəs bayram günündə valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdəndir. Bu əziz gündə biz Ulu Tanrıya dualar edirik ki, müstəqilliyimiz daha da möhkəmlənsin, ərazi bütövlüyümüz bərpa olsun, koronavirusla bağlı yaşadığımız ağrılı günlər geridə qalsın.
    Gözəl günlər diləyilə, bayramınız mübarək!”

    Millət Vəkili Məşhur Məmmədov
    PAYLAŞ:

    Oxşar xəbərlər