Millət vəkili İqbal Məmmədovdan Ramazan təbriki!

Millət vəkili İqbal Məmmədovdan Ramazan təbriki!
  • Cəmiyyət

  • Millət vəkili İqbal Məmmədov şəxsi feyzbuk profilində Ramazan bayramı təbriki paylaşıb.

    Asiya.az
    həmin təbriki təqdim edir:

    “Qəlbində, əməlində insaf, mərhəmət, ədalət və insanpərvərlik daşıyan, torpağını, vətənini, dövlətini ürəkdən sevən hər bir azərbaycanlının, hər bir dünya insanının Müqəddəs Ramazan bayramı mübarək olsun. Bu ay izzət-nəfsin intahan edildiyi, maddiyatın deyil, mənəviyyatın önə çıxdığı, ən ali insanlıq davranışlarının sərgiləndiyi bir aydır. Allah hər zaman sadəcə özünü və öz ailəsini deyil, ətrafını, qonşusunu, elini-obasını da düşünən, onları da sevindirməyi bacaran bütün inanclı insanların, xalqımızın yanında olsun! Bütün azərbaycanlıları öz doğması kimi qucaqlayan və himayə edən dövlətimiz, bu gözəl və güclü dövlətin başında duran Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva hər zaman var olsunlar! Amin!”

    Millət vəkili İqbal Məmmədov

    PAYLAŞ:

    Oxşar xəbərlər