Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu - Başçı da karantinə alındı (YENİLƏNİB)

Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu - Başçı da karantinə alındı (YENİLƏNİB)
  • Cəmiyyət / Manşet

  • Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

    APA-nın xəbərinə görə, Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.

    Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.

    ***
    13:27


    Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

    Asiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

    Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir.

    Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu - Başçı da karantinə alındı (YENİLƏNİB)
    PAYLAŞ:

    Oxşar xəbərlər