Masallıda abonent “Azərişıq”-ın üç əməkdaşını güllələdi

Masallıda abonent “Azərişıq”-ın üç əməkdaşını güllələdi
  • Araşdırma / Olay

  • Masallı rayonunda "Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

    Asiya.az
    -ın məlumatına görə, hadisə rayonun Yeddioymaq kəndində baş verib.

    Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açılıb.

    Nəticədə üç nəfər, Masallı şəhər sakinləri - Bağıyev Ramal Sudeyf oğlu, Baxşiyev Orxan Mehman oğluBədirli Ayaz Mirzəqulu oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin – Orxan və Ayazın xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. "Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub.
    Hazırda yaralı əməliyyatdan çıxaraq, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər