Əməkdar artist xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi...

Əməkdar artist xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi...
  • Mədəniyyət

  • Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə "unikal.org”a əməkdar artistin özü məlumat verib.

    O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:

    "Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər