“Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir “ - Sevinc Fətəliyeva

“Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir “ - Sevinc Fətəliyeva
  • Cəmiyyət

  • Millət vəkili Sevinc Fətəliyeva şəxsi feyzbuk profilində Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Asiya.az
    həmin təbriki təqdim edir:

    “İnsan üçün azadlıqdan, dövlət üçün isə müstəqillikdən böyük sərvət yoxdur. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi , intibahın başlanğıcı, müstəqil dövlətçiliyimizin əsaslarını və gələcək inkişaf yolunu müəyyənləşdirən tarixdir. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir. Onun qorunub saxlanılması isə hər birimizin müqəddəs borcudur.
    Ad günün mübarək, Azərbaycan!”
    Millət vəkili Sevinc Fətəliyeva
    PAYLAŞ:

    Oxşar xəbərlər