Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM

Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
  • Araşdırma / İqtisadiyyat

  • Ağdaşda rayon təhsil şöbəsinin müdiri Əliyeva Hürü Molla qızı təmir adı ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması barədə redaksiyamıza ilginc məlumatlar daxil olub.

    Asiya.az-ın məlumatına görə, rayonun 68 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar tərbiyə müəssisəsinin fəaliyyət göstərdiyi, 2330 müəllimin çalışdığı rayonda təhsil sistemi gündən-günə iflasa uğrayır. Bu barədə məlumat verən mənbə bildirir ki, Ağdaşda təhsilin acınacaqlı vəziyyətə düşməsinin bir nömrəli səbəbkarı RTŞ-nin müdiri Əliyeva Hürü Molla qızıdir:

    "Rayonun təhsil sistemi tamamilə korrupsiyalaşdığı üçün hansısa uğurlardan söhbət gedə bilməz. Ali məktəblərə qəbul zamanı gənclər nailiyyət qazana bilmirlər. Ümumiyyətlə isə Ağdaş Təhsil Şöbəsinin göstəriciləri digər rayonlarla nisbətdə çox aşağıdır. Demək olar ki, məktəblərdə normal dərs keçirilmir. Müəllimlər isə əkin-biçin, heyvan dalınca qaçır. Bəzi müəllimlər isə evlərdə usta olaraq çalışırlar.

    Rayon məktəblərinin əksəriyətində çalışan müəllimlərin yarıdan çoxu işə çıxmır, buna görə də direktorlara öz maaşlarından "hörmət" edirlər. Məktəblərdə əsasən ibtidai sinif müəllimləri işə çıxırlar ki, onların da demək olar ki, hamısı qadınlardır. Hətta məktəblərdə elə müəllimlər də var ki, Rusiya da oluqları halda müxəlif fənnlərdən şagirdlərə "dərs" keçirlər.

    Məlumatlı mənbənin bildirdiyinə görə Əliyeva Hürü Molla qızının əsas gəlir yerlərindən biri təmir adı ilə dövlət büdcəsindən alınan vəsaitləri mənimsəməkdir. Məsələn, mənbənin sözlərinə görə, 2018-2019-cu ilin dərs ilinə hazırlıqla əlaqədar məktəblərin əsaslı və cari təmiri üçün yerli büdcədən 35 min manatdan çox pul ayrılmışdı. Yoxlama aparılsa, ayrılan vəsaitin yarıdan çoxunun mənimsənildiyi üzə çıxar.

    Bundan əlavə mənbə qeyd edir ki, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün rayonun yerli büdcəsindən ötən illər kifayət qədər vəsait ayrılsa da, elə ciddi işlər görülməyib. Belə ki, hər il dövlət büdcəsindən inventar və avadanlıq alınması üçün maliyyə yardımları olunur.

    Əvvəlki tədris ilində də, məktəblərin inventar və avadanlığa olan təminatını ödəmək üçün yerli büdcədən 70 min manat vəsait ayrılıb. Guya bu məbləğlə rayonun ümumtəhsil məktəblərində 421 ədəd kompyuter alındı, 15 məktəb internetə qoşuldu. Əslində isə hər şey sənədlərdə var. Reallıqda isə belə şey yoxdur.

    Mənbə onu da vurğuladı ki, təhsil şöbəsinin vəzifəli şəxsləri, başda şöbə müdiri olmaqla qanunsuz işlərə imza atırlar. Valideynlərin tələbi isə odur ki, uşaqları elmə-biliyə yiyələnsinlər. Direktor və müəllim heyəti şagirdlərin təhsili ilə maraqlanmır. Bu isə sonucda Ağdaşda savadsız nəslin yaranmasına yol açır.

    Bundan başqa mənbə bildirir ki, rayondakı bəzi məktəblərdə "ölü can"lar var: "Bəzi müəllimlərin adı məktəblərdə getsə də, özləri işə çıxmır. Buna baxmayaraq, onlara hər ay əməkhaqqı verilir. Bir neçə müəllimin ali təhsili yoxdur, sadəcə peşə məktəbini bitiriblər. Bu faktları araşdırmaq lazımdır".

    Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //icmal.az//
    PAYLAŞ:

    Oxşar xəbərlər