Görəsən, o da pullarını dəstələyib, qutulara doldurub?.. - İDDİA

Görəsən, o da pullarını dəstələyib, qutulara doldurub?.. - İDDİA
  • Araşdırma / Cəmiyyət

  • Ölkədə korrupsiyaya qurşanmış məmurların zəbt etdikləri kreslonun qüdrəti onların ifşa olunmasının müddətini artırdıqca onlar daha da harınlaşır, daha da sərtləşir. Yazılmış qanunları öz məqsədlərinə uyğun olaraq fırladırlar. Belə qanun pozuntuları (fırlatmalar) kənd bələdiyyə sədri, inzibati ərazi nümayəndələrindən başlayaraq, rayon icra hakimiyyətlərində, bəzi nazirlik və komitələrdə də özünü qabarıq formada göstərməkdədir.

    Asiya.az
    gundelik-baku.com-a istinadən bildirir ki, Şəmkir icra başçısı Alimpaşa Məmmədov da də öz şəxsi biznesini qeyri-qanuni yollarla inkişaf etdirib.

    Şəmkir rayon icra başçısının bizə məlum olan digər qeyri-qanuni əməlləri:


    Sahibkarların inkişaf fondundan kredit götürərək özü üçün biznes qurub;

    “Şəmkir Səbəti” bazarını pay torpaqlarında tikib;

    Çənlibel kəndinin örüş sahəsində maralçılıq yaradıb və camaatın heyvanları ora burxılmır;

    Seyfəli su anbarının yanında Su Fond torpağında balıqçılıq yaradıb və torpağı qanunsuz zəbt edib;

    Seyfəlidə örüş torpaqlarını məhlə yeri kimi satıb, Zəyəm və digər kəndlərdə də belə hallar çoxdur;

    Kraz yolunun ətrafını satıb;

    Qaracəmirli kəndinin örüş torpaqlarında özü üçün ferma və quşçuluq tikib;

    Gəncə-Şəmkir arasında Texniki Peşə Məktəbinin 100 ha torpağını icarəyə verib;

    Çənlibeldə Qaramoylu meşə zolağını özü üçün ailəvi istirahət mərkəzinə çevirib, əsaslı qanunsuz tikintilər aparıb;

    Sabirkənddə bələdiyyənin əkinə yararlı sahəsini bazar edib;

    Hərbi şəhərciyə 8 (səkkiz) milyon manat ayrılmış pulun böyük hissəsini yedi. 9-cu DOS-un bütün kombilərini yedi – 50 ədəd;

    Aqro – Promun möhkəm, sağlam binasını 650.000 AZN-nə satıb. Onu söküb yerində şəxsi bina tikdirirlər, 30-dan çox təşkilat küçədə qalıb;

    8 №-li uşaq bağçasını hərbi şəhərciyə köçürdü. Bağçanın əvvəlki yerini isə satmağa hazırlaşır;

    2013-cü ildə regionların inkişafı ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin fərmanı əsasında hərbi şəhərcikdə görülən işlərə 8 (səkkiz) milyon manat pul ayrılmışdır. Lakin hərbi şəhərcikdə görülən işlər 5-6 yüz min manatlıq qədər olardı;

    Prezidentin Fondu tərəfindən hərbi şəhərciyin ərazisində uşaq bağçası tikildi. Həmin bağçaya hərbiçi ailələrindən başqa kənar şəxslərin də uşaqları qəbul olunurdu. Həmin kənar şəxslərin uşaqlarını şəxsən Alimpaşa Məmmədov özü qəbul edirdi. Burdan belə nəticə çıxarmaq olar ki, başçı bağça müdirəsinin səlahiyyətini əlindən alıb, özü onun vəzifəsini yerinə yetirib.

    Hərbi şəhərciyin 8-ci, 9-cu binalarının arasında yerə döşəmək üçün istifadəsi nəzərdə tutulan xüsusi hazırlanmış daşları da onun göstərişi ilə gecə vaxtı maşınlara yığıb aparıblar.

    Yaqin ki, Vilyam Hacıyev kimi onun da qanun qarşısında cavab vermə vaxtı çatıb. Yazdıqlarımız rayondakı korrupsiya hallarının cüzi bir hissəsisdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər