Masallının icra başçısı kartof yığdı - FOTOLAR

Masallının icra başçısı kartof yığdı - FOTOLAR
  • Sosial / Araşdırma

  • Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb.

    Asiya.az
    xəbər verir ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən icra hakimiyyətinin başçısı məhsul yığan əməkçilərlə görüşmüş və onlara koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edib.

    Təzə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov cari ildə 204 hektar sahədə kartof və 78 hektar sahədə çiyələk əkilib-becərilməsi barədə məlumat verib. Görüşdə fermerlər Xəlil Şükürov, Cəsarət Əzizov, manqabaşçıları Gülqədəm MustafayevaSüdabə Cavadova rayon rəhbərinin sahələrə gəlməsi, zəhmətkeşlərlə görşməsini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildirdilər və eyni zamanda əkinçilərə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini çatdırmaqlarını xahiş ediblər.

    Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov söhbət əsnasında zəhmətkeşlərə bol məhsul yığmağı arzu edərək hər birinə xoş arzularını bildirdi.

    Qeyd edək ki, icra başçısının kartof yığması sosial şəbəkələrdə birmənalı qarşılanmayaraq, müzakirələrə səbəb olub.
    Asiya.az

    Masallının icra başçısı kartof yığdı - FOTOLAR
    Masallının icra başçısı kartof yığdı - FOTOLAR
    Masallının icra başçısı kartof yığdı - FOTOLAR
    Masallının icra başçısı kartof yığdı - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər